AZ

Energetika naziri BMT Baş Assambleyasının prezidenti ilə görüşdü (FOTO)

Bakı. Trend:

Nyu-Yorkda energetika naziri Pərviz Şahbazov ilə BMT BaşAssambleyasının prezidenti Denis Frensis arasında görüş olub.Görüşdə Azərbaycanla BMT əlaqələrinin inkişafı, “Dayanıqlı İnkişafMəqsədləri”nin yerinə yetirilməsi və COP29 çərçivəsində əməkdaşlıqmüzakirə edilib.

Trend xəbər verir ki, energetika naziri Pərviz Şahbazov neft-qazresursları ilə regionda və dünyada enerji təchizatında mühüm roloynayan Azərbaycanın hazırda “yaşıl enerji” keçidi ilə bağlı ciddiaddımlar atdığını bildirib.

COP29 zamanı ölkəmizin təcrübə və təşəbbüslərini beynəlxalqenerji ictimaiyyəti ilə bölüşməklə yanaşı, iqlim və “yaşıl enerji”öhdəliklərinin yerinə yetirilməsi üçün maliyyələşmə üzrə mühümnəticələrin əldə edilməsinə fokuslandığı diqqətə çatdırılıb.

“Yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişafetməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalqəməkdaşlığın təşviqı məqsədilə investisiya forumlarınınkeçiriləcəyi barədə məlumat verilib.

BMT Baş Assambleyasının ilk dəfə keçirilən DayanıqlılıqHəftəsində Azərbaycanın təmsil olunmasına görə təşəkkürünü bildirənprezident Denis Frensis isə iqtisadiyyatın transformasiyası,dayanıqlı inkişaf və “yaşıl enerji” sahəsində ölkəmizin səyləriniyüksək qiymətləndirib.

Baş Assambleyanın prezidenti enerj keçidinin “Dayanıqlı İnkişafMəqsədləri”nin bir çoxu üzrə irəliləyişlərə təkan verdiyinivurğulayaraq bu xüsusda beynəlxalq əməkdaşlığın vacibliyinibildirib. COP29-a ev sahibliyinə görə Azərbaycanı təbrik edən DenisFrensis ölkəmizin zəngin təcrübəsinin bu tədbirin uğurlakeçirilməsinə, qlobal iqlim və “yaşıl enerji” məqsədlərinə töhfəverəcəyinə inamını ifadə edib.

Görüşdə ikitərəfli və COP çərçivəsində əməkdaşlığın digəraspektləri ətrafında da fikir mübadiləsi aparılıb.

Energetika
Energetika
Energetika
Seçilən
46
21
Mənbələr
Şərh ()
Bağla