AZ

Ekvador milli fövqəladə vəziyyət elan edib

Ekvador prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə iki aylıq milli fövqəladə vəziyyət elan edib.

Bu barədə “Expresso” məlumat yayıb.

Dövlət başçısının sərəncamında qeyd olunur ki, bu qərarın qəbul edilməsində məqsəd fasiləsiz “ictimai elektrik enerjisi xidmətinin” təmin edilməsidir. Fərman həmçinin mühüm enerji infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarının və hərbi qüvvələrin səfərbər edilməsini tapşırır.

Aprelin 5-də bildirildi ki, Ekvador polisi Meksikanın Kitodakı səfirliyinə zorla daxil olaraq, ölkənin keçmiş vitse-prezidenti, orada gizlənən və Mexiko tərəfindən siyasi sığınacaq almış Xorxe Qlas Espineli həbs edib.

Mənbə: A Haber

Seçilən
67
2
Mənbələr
Şərh ()
Bağla