AZ

Napoleon Bonapartın nəslindən olan biri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq

Fransanın Suveren Respublika partiyasından Avropa Parlamentinə seçkilərə namizəd Napoleon Bonapartın uzaq qardaşı oğlu Yoahim Murat olacaq.

Bu barədə Le Figaro məlumat yayıb.

Nəşrin məlumatına görə, 50 yaşlı Murat Georges Kuzmanoviçin rəhbərlik etdiyi “Biz xalq” fraksiyasının namizədlər siyahısında üçüncü olacaq.

Murat Napoleonun bacısı Karolin Bonapartla evli olan Napoleonun marşalı, onun adaşı Yoahim Muratın (1767-1815) nəslindəndir.

Keçmiş paraşütçü zabit bəyan edir ki, o, “Fransanın federalist Avropa tərəfdarları tərəfindən həyata keçirilən dağıdılmasına dözə bilməz”. Onun fikrincə, “demokratiya, suverenlik və azadlığın təməl prinsiplərinə xəyanət edən repressiv Avropa bürokratiyası və siyasi elitası qarşısında millətlərin və xalqların hakimiyyətini bərpa etməyin vaxtı çatıb”.

Mənbə: Lenta.ru

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla