AZ

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Ermənistanın Tavuş vilayətinin bir neçə sərhəd kəndinin sakinləri İrəvan-Tbilisi magistral yolunu (İcevan və Noyemberyan arasındakı hissədə) bağlayıblar.

Publika.az xəbər verir ki, ermənilər sərhədin delimitasiyası ilə bağlı əldə edilmiş razılığa etiraz edirlər.

Etirazçılar vilayətin qubernatoru Hayk Qalumyanla görüş tələb edirlər.

Bu barədə “Sputnik Ermənistan”a aksiya iştirakçılarından biri məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə rayon polis idarəsinin nümayəndələri gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da yolda sıxlığın qarşısını almaq üçün izdihamdan bir neçə kilometr aralıda magistral yolu bağlayıblar.

Seçilən
69
22
Mənbələr
Şərh ()
Bağla