AZ

Rayon stadionunda yenə qorxulu anlar yaşandı - VİDEO

Azərbaycan Premyer Liqasının hesabat turunda “Turan Tovuz” – “Sumqayıt” matçına ev sahibliyi edən Tovuz şəhər stadionunda növbəti dəfə təhlükəli anlar yaşanıb.

Sportinfo.az xəbər verir ki, sözügedən arena bu dəfə də işıq dirəyinin yellənməsi ilə gündəmə gəlib.

Daha öncə Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşmışdı.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.

Daha öncə baş verən hadisənin videosu:

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla