AZ

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Bakı. Trend:

“Sentry Enterprises” şirkəti dünyada inteqrasiya olunmuşOLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartlarını təqdimedib.

Trend “OLED-Info” portalına istinadən xəbər verir ki, ekranödəniş terminalı ilə təmasda olduqda aktivləşir və istifadəçiləriəməliyyat barədə məlumatlandırır.

“Radiance” adlanan bank kartları terminalla təmasda olduqda birsaniyəyə aktivləşən OLED-ekranla təmin olunub. Belə bir həll yalnızistifadəçilər üçün əlavə təhlükəsizliyi təmin etmir, həm də bukartları buraxan bank üçün əlverişli reklam rolunu oynayır. Ekranyerində ödəniş zamanı işıqlanan və qeyri-adi dizaynlaətrafdakıların diqqətini çəkən bank loqotipinin olması bankın dahaçox tanınmasına imkan yarada bilər.

OLED displeylərə enerji təchizatı kartdakı NFC modulundan daxilolur. Kart ödəniş terminalına nə qədər yaxın olarsa, quraşdırılmışekran daha parlaq yanır. Bu, istifadəçiyə kartın ödəniş etmək üçünterminaldan lazımi məsafədə olub-olmadığını anlamağa imkanverir.

Qeyri-adi “Radiance” kartları VISA və MasterCard ödəməsistemlərini dəstəkləyir, lakin bu kartları ilk olaraq hansıbankların tətbiq edəcəyi barədə məlumatlar hələ açıqlanmır.

Seçilən
147
40
Mənbələr
Şərh ()
Bağla