AZ

“Barselona”nın baş məşqçi planı

“Barselona”nın baş məşqçi postuna əsas namizəd bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya klubunun rəhbərliyi bu vəzifəyə Unai Emerini gətirməyi planlaşdırır.

Yayda Xavi ilə vidalaşacaq La Liqa təmsilçisi hazırda “Aston Villa”nı çalışdıran mütəxəssisin xidmətində maraqlıdır. “Barselona” rəhbərliyi 52 yaşlı ispaniyalının baş məşqçi postuna ən yaxşı namizəd olduğu qənaətindədir.

Qeyd edək ki, 2021-ci ilin noyabrından “Barselona”nı çalışdıran Xavi komandadan gedəcəyini üç ay əvvəl açıqlayıb.

İdman.biz

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla