AZ

"Real"ın kapitanı "İnter"ə keçə bilər

"Real"ın müdafiəçisi Naço Fernandes "İnter"ə keçə bilər.

Futbolpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onun komanda ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

"Kral klubu"nun kapitanı komanda ilə müqaviləni yeniləməyəcək. Buna görə də "İnter" Naçonu azad agent kimi heyətinə qatmaq istəyir.

34 yaşlı futbolçuya bir neçə ölkədən təklif olduğu qeyd olunur. Bildirilib ki, Naço qərar vermək üçün tələsməyəcək.

İspaniyalı futbolçu bu mövsüm 34 matçda iştirak edib. Müdafiəçi 2012-ci ildən La Liqa təmsilçisinin heyətində çıxış edir.
Seçilən
91
22
Mənbələr
Şərh ()
Bağla