AZ

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıb - FOTO

“Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları barədə açıqlamalarını alqışlayırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu, davamlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır”, - Blinken qeyd edib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
 

 

Bizim.Media
 

 

 

Seçilən
65
14
Mənbələr
Şərh ()
Bağla