AZ

“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  

“Bəs görəsən, Azərbaycan ordusunun ötən ilin sentyabrındakı təmizləmə əməliyyatlarından sonra özünün Qarabağdan Ermənistana qaça bilməsi niyə sürpriz olmayıb bu baş separatçı-terrorçu üçün?..”
 
Qarabağdan köçmüş haykların “siyasi elitası” adlanan separatçı-terrorçu ünsürlər dünən – aprelin 19-da Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin İrəvandklı nümayəndəliyində toplantı keçirib. 
 
Moderator.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, toplantıda qondarma rejimin sonuncu “prezidenti” sayılan Samvel Şahramanyan və “dövlət naziri” Aram Sarkisyan da iştirak ediblər. 
 
“Artsaxdan olan deputatlar artsax vətəndaşlarının toplanmış pensiya fondları ilə bağlı ciddi narahatlıq keçirirlər. Ermənistan Respublikasının həm qanunvericilik, həm də icra hakimiyyəti orqanlarında müvafiq qanunvericilik dəyişiklikləri edilsə də..., lakin pul sahiblərinə verilmir.
 
Artsaxda pensiya fondları “General Asset Management” QSC tərəfindən yaradılmış Pensiya Fondunda toplanıb. Şirkət 2019-cu ildə Ermənistan Mərkəzi Bankında qeydiyyatdan keçib, investisiya fondunun fəaliyyətinə lisenziya alıb, yəni fəaliyyət Mərkəzi Bank tərəfindən tənzimlənir. Buna baxmayaraq, həm Mərkəzi Bank, həm də Ermənistan hökuməti problemlə məşğul olma deyil, bu mövzu ilə baş qatmaq qərarına gəliblər. Artsax elitası qərara alıb: Ermənistan Respublikasına aid idarələr bu davranışı davam etdirsələr, artsax xalqı etiraz aksiyalarına başlayacaq”, - xəbərdə belə deyilir
 
Məlumata görə, separatçılar həmçinin Rusiya “sülhməramlı”larının Qarabağı tərk etməsindən danışıblar. Şahramanyan bildirib ki, rusların Qarabağdan çıxması onun üçün sürpriz olub və o, yaxın vaxtlarda nə baş verdiyini anlamağa çalışacaq…
 
P.S. Bəs görəsən, özünün Azərbaycan ordusunun ötən ilin sentyabrındakı təmizləmə əməliyyatlarından sonra Qarabağdan Ermənistana qaça bilməsi niyə sürpriz olmayıb bu baş separatçı-terrorçu üçün?..
 
S.Laçın
 
Seçilən
135
Mənbələr
Şərh ()
Bağla