AZ

Bağdad yaxınlığındakı hərbi bazada partlayış

Bağdaddan 50 km cənubda şiə "Əl-Həşd əş-Şaabi" qruplaşmasının istifadə etdiyi Kalsu hərbi bazasında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Bazaya hava hücumu təşkil edildiyi qeyd edilir. Partlayış nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Amerika Birləşmiş Ştatları ordusunun İraqda hava hücumları təşkil etdiyinə dair yayılan xəbərləri təkzib edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb


Müəllif: Teleqraf.com
Seçilən
127
3
Mənbələr
Şərh ()
Bağla