AZ

Parkda ATIŞMA – 500 nəfərdən çox lisey şagirdi arasında “razborka”

ABŞ-ın Merilend ştatında atışma nəticəsində 5 yeniyetmə yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, insident Greenbeltdəki “Shroom Hills Parkı”nda dərs vaxtı baş verib.

Greenbelt polis rəisi Riçard Bouers parkda təxminən 500-600 lisey şagirdinin olduğunu deyib.

Atışma qurbanları 16-18 yaş arası beş oğlan olub. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Bouers deyib ki, atışmada şübhəli bilinən şəxs parkdan qaçıb.

Burhan,

KONKRET.az

Seçilən
143
Mənbələr
Şərh ()
Bağla