AZ

Bayraktar TB3 SİHA sınaq uçuşlarını davam etdirir (FOTO)

Bakı. Trend:

Baykar tərəfindən milli və yerli olaraq inkişaf etdirilənBayraktar TB3 Silahlı Pilotsuz Uçuş Aparatı (SIHA) sınaq uçuşlarınıfasiləsiz davam edir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəBaykar şirkəti açıqlama verib.

Həftə ərzində həyata keçirilən sınaqlarda iki prototipi uçanmilli PUA-nın ümumi uçuş saatı 272 saat 47 dəqiqəyə çatıb.

Bayraktar TB3 PT-1 və PT-2 keçən həftə orta hündürlükdə sistemvə dözümlülük göstəricilərinin ölçüldüyü bütün sınaqları uğurlatamamlayıb.

TUSAŞ-ın yerli istehsal etdiyi PD-170 mühərriki ilə havayaqalxan SİHA, 20 dekabr 2023-cü ildə həyata keçirilən uzun uçuştestində enişdən əvvəl 32 saat havada qalıb və səmada 5 min 700kilometr qət edib.

Xatırladaq ki, Bayraktar TB3 ilk dəfə 26 Mart 2024-cü ildəASELSAN tərəfindən milli olaraq hazırlanmış ASELFLIR-500 iləuçub.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ənyüksək göstəricilərə malik olan ASELFLİR-500 elektro-optikkəşfiyyat, müşahidə və hədəf təyinetmə sisteminin inteqrasiyasıuğurla həyata keçirilib.

Bayraktar
Bayraktar
Bayraktar
Bayraktar
Məqalədə:
Seçilən
163
1
Mənbələr
Şərh ()
Bağla