AZ

"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

style='margin-bottom:10px;'>

"Qəbələ” Misli Premyer Liqasının 31-ci turunun “Qarabağ”la səfərdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub

QOL.az klubun saytına istinadən xəbər verir ki, iki futbolçu komandanın məşqinə qatılmayıb. Ülvi İsgəndərov və Klesio Bauk zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, aprelin 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 16:30-da başlayacaq.

Seçilən
150
4
Mənbələr
Şərh ()
Bağla