AZ

İsrailin zərbəsi İrana ciddi ziyan vurmayıb - Abdullahiyan

İsrailin aprelin 19-da İrana endirdiyi zərbə insan tələfatı və ciddi dağıntılarla nəticələnməyib.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

"İsrailin mini-dronları İrana ciddi ziyan vurmayıb və itkilərə səbəb olmayıb", - deyə o bildirib.

Qeyd edək ki, aprelin 19-da İranın İsfahan və Təbriz şəhərləri yaxınlığında partlayış səsləri eşidilib. İsfahanda pilotsuz uçan aparatların hücumu qeydə alınıb.


Müəllif: Teleqraf.com
Seçilən
71
1
Mənbələr
Şərh ()
Bağla