AZ

Fransa Fələstin dövlətini tanımağa hazırdı

Fransa Fələstini “vaxtı gələndə” tanımağa hazırdır, bunun üçün strukturlaşdırılmış və mütəşəkkil bir sülh prosesi lazımdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Jan-Noel Barro Sud Radio radiostansiyasında bildirib.

“Fransa vaxtı gələndə Fələstin dövlətini strukturlaşdırılmış və mütəşəkkil bir sülh prosesi çərçivəsində tanımağa hazırdır”, -deyə Jan-Noel Barro bildirib.

Aprelin 19-da bildirildi ki, İspaniya hökuməti digər Avropa İttifaqı (Aİ) ölkələrinin bu addıma qoşulub-qoşulmamasından asılı olmayaraq, yaxın bir neçə həftə ərzində Fələstin dövlətini tanımaq niyyətindədir.

Fələstin 2012-ci ilin noyabrından BMT-də müşahidəçi dövlətdir. 2019-cu ilə qədər onun müstəqilliyi BMT-yə üzv olan 193 dövlətdən 138-i tərəfindən tanınıb.

Seçilən
149
Mənbələr
Şərh ()
Bağla