AZ

Məşhur kluba ağır cəza - 18 xalı silindi

Niderland Kral Futbol Assosiasiyasının (KNVB) müstəqil lisenziya komitəsi lisenziya qaydalarına əməl etmədiyi üçün “Vitess”in 18 xalını silib.

Publika.az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Bu sanksiyadan sonra klubun 30 turdan sonra turnir cədvəlində mənfi bir xalı var. Niderland çempionatının başa çatmasına dörd tur qalıb. “Vitess”in yüksək liqada yerini qorumaq üçün şansı yoxdur. Beləliklə, klub 35 ildən sonra ilk dəfə elitanı tərk edəcək.

“Sarı-qaralar” artıq rəsmi internet saytında bu qərardan apellyasiya şikayəti vermək niyyətində olmadıqlarını açıqlayıb. “Vitess”in müvəqqəti direktoru Edvin Reyntesin sözlərinə görə, bunun müqabilində klub lisenziyasını saxlamaq şansı əldə edəcək.

Seçilən
165
3
Mənbələr
Şərh ()
Bağla