AZ

Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun

Limon və sarımsaq sağlamlıq üçün ən faydalı qidalardandır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, zərərli vərdişləri olan fərdlər bədənlərini təmizləmək, bərpa etmək və sağaltmaq üçün bu iki qidadan faydalana bilərlər.

Belə ki, limon və sarımsaq qarışımı bir çox dərdin dərmanı ola bilər. Adətən tək başına istehlak edilən limon və sarımsağı birləşdirdikdə çox güclü bir dərman əldə edilir.

Limon və sarımsaq tərkibindəki təsirli maddələrlə vazodilatator funksiyasını yerinə yetirir. Yəni, damar iltihablarını müalicə edir, tıxanmış damarları açır, sərtlik və hipertoniyanın qarşısını alır.

Revmatik ağrılar bir çox insanın əziyyət çəkdiyi və həyatını çətinləşdirən problemlərdən biridir. Sümüklərdə kalsifikasiya oynaqlarda şiddətli ağrıya səbəb ola bilər. Sarımsaq və limonun birləşməsi sayəsində revmatik ağrılar yox olur.

Xolesterolu da aşağı salan bu müalicə üsulu immunitet sistemini gücləndirir və allergik problemləri aradan qaldırır.

Xüsusilə stresslə əlaqəli dəri problemlərinin və damar problemlərinin qarşısını alır. Toksinləri təmizləyir. Xüsusilə ödem əmələ gəlməsinin qarşısını alaraq şişkinliyi aradan qaldırır.
Ürək xəstəliklərinin qarşısını almaqla yanaşı, infarkt riskini də minimuma endirir.

Qarışıq qaranlıq bir mühitdə hazırlanmalıdır. İşıqla təmasda limonun faydalarının azalacağı deyilir.

Əvvəlcə 2 baş sarımsağın qabığını soyun və əzin. Əzilmiş sarımsağı bankaya əlavə edin. Sonra içərisinə 2 ədəd limonu qabıqlı şəkildə doğrayıb əlavə edin. Bankanın ağzını bağlayın və 25 gün qaranlıq yerdə saxlayın. Bankanı hər gün silkələyib limonla sarımsağı qarışdırmağı unutmayın. 25 günün sonunda "dərman" istifadə üçün hazır hala gələcək.

Qarışımı gündə bir dəfə, yeməkdən 1 saat sonra 1 qaşıq qəbul etmək tövsiyə edilir. Bir həftədən sonra fasilə verməklə bu müalicə üsulunu ümumilikdə 21 gün tətbiq etmək olar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
80
3
Mənbələr
Şərh ()
Bağla