AZ

İspaniya Fələstinin müstəqilliyini tanıyacaq

İspaniya hökuməti digər Avropa İttifaqı (Aİ) ölkələrinin bu addıma qoşulub-qoşulmamasından asılı olmayaraq, yaxın bir neçə həftə ərzində Fələstin dövlətini tanımaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb.

İspaniyanın baş naziri Pedro Sançes bundan əvvəl Brüsseldə Avropa liderləri ilə Yaxın Şərqdəki vəziyyəti təhlil etmək, Madridin mövqeyini izah etmək və hərəkətləri əlaqələndirmək üçün bir neçə ikitərəfli görüşlər keçirib, mətndə deyilir.

Agentliyin mənbələrinə görə, “Avropa İttifaqının digər ölkələrinin İspaniyanın Fələstin dövlətinin tanınması ilə bağlı mövqeyinə qoşulub-qoşulmamasından asılı olmayaraq, İspaniya hökuməti artıq siyasi qərar qəbul edib və bu cəsarətli addımı atacaq”.

Seçilən
159
Mənbələr
Şərh ()
Bağla