Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun iki oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutacaq.
Çempion “Qarabağ” öz meydanında “Qəbələ” ilə qarşılaşacaq. Məğlubiyyət qəbələlilərin sonuncu yeri tutmasını rəsmiləşdirəcək.
Avropa kuboklarına vəsiqə verən yerlər uğrunda yarışan “Zirə” və “Neftçi” qarşılaşacaq. Bir xal fərqlə qonşu pillələrdə qərarlaşan komandaların duelində qalib tərəf böyük üstünlük qazanacaq.
Qeyd edək ki, turun ilk oyununda “Sumqayıt” səfərdə “Turan Tovuza” 4:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXXI tur
20 aprel
16:30. "Qarabağ" – "Qəbələ"
Baş hakim: Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
19:00. "Zirə" – "Neftçi"
Baş hakim: İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu
1 | Qarabağ | 30 | 23 | 3 | 4 | 83-29 | 72 |
2 | Sumqayıt | 31 | 12 | 11 | 8 | 32-34 | 47 |
3 | Neftçi | 30 | 13 | 8 | 9 | 39-30 | 47 |
4 | Zirə | 30 | 12 | 10 | 8 | 26-18 | 46 |
5 | Sabah | 30 | 12 | 7 | 11 | 42-37 | 43 |
6 | Turan Tovuz | 31 | 11 | 9 | 11 | 47-44 | 42 |
7 | Səbail | 30 | 10 | 9 | 11 | 45-49 | 39 |
8 | Araz-Naxçıvan | 30 | 8 | 8 | 14 | 28-42 | 32 |
9 | Kəpəz | 30 | 8 | 7 | 15 | 35-57 | 31 |
10 | Qəbələ | 30 | 4 | 4 | 22 | 21-58 | 16 |
Bombardirlər: Olavio Juninyo ("Qarabağ") - 17 qol, Aleksandr Ramalinqom ("Səbail") - 12 qol, Yassin Benzia ("Qarabağ") - 11 qol
İdman.biz