AZ

Ermənilər üçün “təzə ay çıxıb”...köhnəni "doğramağa hazırlaşırlar"..?

...ABŞ və Avropa İttifaqının Ermənistanda iqtisadi sabitliyin möhkəmləndirilməsində maraqlıdır, ona görə də İrəvan onlarla əməkdaşlığı fəal şəkildə dərinləşdirir.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Arab New” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkə vətəndaşlarının da Avropaya istəkləri var.

Moskva ilə münasibətlərdən danışan Mirzoyan bu münasibətlərin elə də yüksək səviyyədə olmadığını etiraf edib.

...Əlbəttə, çətinliklər var və biz onları gizlədə bilmərik...elə gizlətmək də istəmirik. Problemlər var və Ermənistan cəmiyyətinin bununla bağlı sualları var, məsələn, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı hərəkətləri ilə bağlıdır?

Bunu erməni diplomatiyasının rəhbəri sual edib.

...Və onun sözlərinə görə, “Ermənistan cəmiyyətində, məsələn, 2022, 2023 və ondan əvvəl Ermənistanın suveren əraziləri hücuma məruz qaldıqda Rusiya müttəfiqlərimizin münasibəti ilə bağlı suallar var”.

...Necə deyərlər, saxla!Yenə də necə deyərlər...”özü yıxılan ağlamaz”...

Ağasəf Babayev

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla