AZ

Yolları ayırmaq üçün 15 dollar rüsum - Bu, boşanmaların sayını azaldılacaqmı?

Son illər Azərbaycanda boşanmaların sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu il yanvar-fevral ayları ərzində ölkədə 3456 boşanma, 6739 nikah qeydə alınıb.

Nikahın pozulması üçün tələb olunan sənədlər sırasında dövlət rüsumunun ödənilməsi haqqında qəbz də var. Bunun üçün "Dövlət rüsumu haqqında" Qanunun 12.2.1-ci maddəsində göstərilən rüsum məbləği 20 manatdır. Əgər nikahın boşanması üçün məhkəməyə müraciət olunarsa, onda rüsumun məbləği dəyişir.

Lakin məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Bunun da boşanma sayına necə təsir edəcəyi müzakirə yaradıb. Maraqlıdır, rüsumun artıb və azalması boşanma sayına təsir edə bilər?

Mövzu ilə bağlı vəkil Əsabəli Mustafayev Bizim.Media-ya danışıb. O bildiib ki, bu təklifin özünün dollarla olması bir az məntiqsizdir:

“Çünki Azərbaycanın heç bir dövlət qurumunda məbləğ dollarla müzakirə oluna bilməz. Bizdə heç nə dolların məzənnəsi ilə götürülə bilməz. Bu məlumat ola bilər ki, kiminsə təklifi olsun. Bunun əlavə olduğu və ya cəza kimi tətbiq edilməsi haqqında açıqlama verilməyib”.

O, boşanma sayının rüsumla əlaqəli olmadığını qeyd edib:

“Boşanmaların mövcudluğu, artıb, azalması dövlət rüsumundan asılı deyil. Xüsusilə də 20-30 manat fərq olduqda. Minlərlə manat olsaydı yenə burada boşanma haqqında fikirləşdiklərini düşünmək olardı. Onda da faktiki boşanma çox olacaqdı. Camaat indi qanunla boşanır, bilinir ki, bunlar arasında heç bir bağ yoxdur. Sabah da bir problem yarananda ər-arvad olmadıqları bəlli olur. Amma üstü örtülü boşanmalar olsa bunun fəsadları olacaq. 

Bizdə indiki faktiki nikahlar var ki, çox böyük problemlər yaradır. Çünki qanun o nikahları tanımır. Hesab edirəm ki, dövlət rüsumunu artırsalar da bu manatın infilyasiyası ilə əlaqədar, qiymətlərin, xidmətlərin bahalaşması ilə əlaqədar ola bilər. Boşanmanın səbəbləri tamam başqa şeylərdir ki, buna dəfələrlə toxunmuşuq. Ola bilər ki, dövlət rüsumunda hansısa artma və enmə olsun, amma bu, boşanma sayının azalma və artması niyyəti ilə deyil”.

Seçilən
42
2
Mənbələr
Şərh ()
Bağla