AZ

Qırmızı Kitaba düşən Xəzər suitisi sahilə çıxdı

Rusiyanın Qırmızı Kitabına düşən Xəzər suiti balası Dağıstanda sahilə çıxıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, onun üzərində balıq torlarının cızıqları aşkar edilib.

Suiti Mahaçqalanın kənarında sahildə görünüb. Təbii Sərvətlər Nazirliyinin baytarlıq komitəsinin mütəxəssisləri hadisə yerinə gediblər.

Heyvanı yaxından yoxlayanda açıq yaralar aşkar edilməyib, lakin balıq torlarından xırda cızıqlar olub.

Qeyd edək ki suiti təkrar dənizə geri buraxılıb.

Yusif EYVAZLI

Seçilən
93
3
Mənbələr
Şərh ()
Bağla