AZ

"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."

"İran beynəlxalq hüququn və diplomatik nümayəndəlik statusunun kobud şəkildə pozulmasına cavab verməyə bilməz, lakin eskalasiya da istəmir..."
 
Rusiya İsrailin nəzərinə çatdırıb ki, İran eskalasiya istəmir.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov "Sputnik", "Danışır Moskva" və "Komsomolskaya pravda" radiostansiyalarına müsahibəsində bəyan edib.
 
"İran konsulluğuna İsrailin insanların həlak olması ilə nəticələnən qəbuledilməz zərbəsinə İranın cavabından sonra Rusiya və İran rəhbərliyi, bizim nümayəndələrlə israillilər arasına telefon təmasları baş tutub", - o, qeyd edib. 
 
"Biz bu söhbətləri çox dəqiq qeyd edib və israillilərə İranın eskalasiya istəmədiyini çatdırmışıq. İran beynəlxalq hüququn və diplomatik nümayəndəlik statusunun kobud şəkildə pozulmasına cavab verməyə bilməz, lakin eskalasiya da istəmir", - nazir deyib.
 
Rusiyalı nazirin sözlərinə görə, İranın bu yaxınlarda İsrailə zərbəsindən sonra Rusiya rəhbərliyinin nümayəndələri və diplomatları Təl-Əviv və Tehranla təmasda olub. Lavrov vurğulayıb ki, "bütün mütəxəssislər İranın gerçək cavabını məhz belə qiymətləndirib".
 
"Hər şeydən göründüyü kimi, - ümid edirəm ki, mən yamılmıram, - cavaba cavab verilib, İsrail İsfahandakı obyektlərə zərbə ilə cavab verib", - Lavrov vəziyyəti dəyərləndirib.
 
Bundan öncə xəbər verilib ki, İran və İsrail "bir-birinə nəzakət göstərib" və bununla da düşmənlər arasında birbaşa dövlətlərarası zərbələrə son qoyulub.
 
Bu barədə İranın hərbi bazasına İsrailin hücumundan bir neçə saat sonra Amerikanın CNN telekanalına müsahibəsində İrandakı vəziyyətdən məlumatlı olan Yaxın Şərq xüsusi xidmət orqanlarındakı mənbə bəyan edib.
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla