AZ

Abbas ABŞ-ın BMT Təhlükəsizlik Şurasında veto qoymasını əxlaqsız və ədalətsiz adlandırıb

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında Fələstinin təşkilatın tamhüquqlu üzvü kimi tanınması ilə bağlı qərarına maneə törətdiyi veto əxlaqsızlıqdır və İsrailin Qəzza zolağına təcavüzünü təşviq edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas bildirib.

Vaşinqtonun Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı soyqırımı dəstəklədiyini qeyd edən siyasətçi “ABŞ-ın BMT Təhlükəsizlik Şurasında veto qoyması ədalətsiz, əxlaqsız və beynəlxalq ictimaiyyətin rəyinə ziddir”, – deyə Mahmud Abbas bildirib.

Abbas həmçinin beynəlxalq ictimaiyyətin Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını bəyəndiyini vurğulayıb və xatırladıb ki, BMT Baş Assambleyası 2012-ci ildən Fələstin dövlətinin statusunu müşahidəçi dövlət səviyyəsinə yüksəltməyə qərar verdikdən sonra təşkilatın əksər üzvləri Fələstin dövlətini tanıyıb.

Seçilən
83
23
Mənbələr
Şərh ()
Bağla