AZ

Kirill Budanov Rusiyanın “Tu-22M3” strateji bombardmançı təyyarəsini məhv edilməsinin təfərrüatlarını açıqlayıb

Aprelin 19-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The War Zone” nəşrinə verdiyi şərhdə Ukrayna müdafiə qüvvələrinin S-200- zenit-raket sistemindən istifadə etməklə Rusiyanın “Tu-22M3” strateji bombardmançı təyyarəsini məhv etdiyini rəsmən təsdiqləyib.

“War Zone” Budanova istinadən yazır ki, modifikasiya edilmiş S-200 kompleksi (NATO təsnifatına görə SA-5 Gammon) və uzaq mənzilli yer-hava raketindən istifadə edilib. Baş Kəşfiyyat İdarəsinin rəisi “Tu-22M3”ün S-200 buraxılış qurğusundan 308 km məsafədə hücuma məruz qaldığnı deyib. 2010-cu ilə qədər Ukraynada dörd S-200 batareyası olduğu bildirilir.

Sistem 2013-cü ildə xidmətdən çıxarılıb, lakin görünür, 2022-ci ilin fevralından sonra yenidən istifadəyə verilib. Ukraynanın “Defense Express” hərbi portalı qeyd edib ki, S-200 zenit-raket kompleksinin çəkisi 7,1 tondur. 220 kq olan döyüş başlığı ilə təchiz olunub, tərkibində 90 kq partlayıcı var.

//Samir Qurbanov, Editor.az

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla