AZ

“Qəhvə çəkiyə nəzarət etməyə kömək edir” – Diyetoloq


“Qəhvə canlandırıcı təsirindən əlavə çəkiyə nəzarət etməyə kömək edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə diyetoloq Lisa Yanq “Today”a danışıb.
Yanq bildirib ki, 2023-cü ildə aparılan araşdırmaya əsasən, heç vaxt qəhvə içməyən və ya nadir hallarda onu içən insanlar bu içkini gündəlik pəhrizlərinə daxil etdikdən sonra arıqlamağa başlayır:
“Araşdırma müəllifləri qəhvə içərkən bədəndəki yağ miqdarının niyə azaldığını izah edə bilməyib, lakin bunun kofeinin maddələr mübadiləsinə təsir etmə qabiliyyəti ilə bağlı olduğu irəli sürülüb. Təsirin başqa bir izahı da ola bilər. Bəlkə iştahı azaldır. Elə də olur ki, qəhvəni sevən insanlar daha çox fiziki aktiv olurlar. Ola bilsin ki, onların yerimək və ya fiziki məşq etmək üçün daha çox enerjisi var və bu, nəticəyə təsir edib”.
Eyni zamanda, Yanq əlavə edib ki, bir fincan qara qəhvə həqiqətən bədəninizə zərər verməyəcək və hətta faydalı olacaq:
“İçkinin tərkibində ümumiyyətlə yağ yoxdur, lakin çoxlu kalium və 100-dən çox bioloji aktiv maddələr, o cümlədən orqanizmi iltihabdan qoruyan güclü antioksidantlar var. Ancaq süd və şəkər əlavə etsəniz, bütün tənliyi tamamilə dəyişir. Əlavə edilmiş yağlar və kalorilər içkinin hər hansı sağlamlıq faydasına qarşı çıxa bilər”.
Seçilən
76
Mənbələr
Şərh ()
Bağla