AZ

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar.


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Türkiyədə 411 növ daşınmaz əmlak alıblar.


İkinci yerdə 182 növ daşınmaz əmlak almış İran vətəndaşları qərarlaşıb. Üçüncü yerdə isə Ukrayna vətəndaşları dayanır. Onlar Türkiyədə 129 növ daşınmaz əmlak alıblar. İraq vətəndaşları Türkiyədə 82 növ daşınmaz əmlak alan dördlüyü tamamlayır.


Ümumilikdə Türkiyədə xarici vətəndaşlar tərəfindən həyata keçirilən daşınmaz əmlak əməliyyatlarının payı 1,7% təşkil edib. Eyni zamanda, 2023-cü illə müqayisədə satışlar ümumilikdə 47,9% azalıb.

İnci
Sfera.az

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla