AZ

Qrup hərəkətləri komandası finala yüksəlib

Azərbaycanın bədii gimnastları qrup hərəkətləri proqramında Dünya kubokunun finalına vəsiqə qazanıb.

İdman.biz xəbər verir ki, çoxnövçülükdə komandamız 5 halqa ilə çıxışda bu hüququ əldə edib.

Ləman Əlimuradova, Zəynəb Hümmətova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət qrup uğurlu çıxış edərək, 36,650 bal toplayıb. Bu nəticə gimnastlara 3-cü pilləni tutmaq imkanı verib. İlk 2 pillədə İtaliya və İspaniya idmançıları yer alıblar.

Sabah komandamız 3 lent və 2 topla yarışlarda mübarizəyə start verəcək.

Qeyd edək ki, Azərbaycan yığmasının üzvü Zöhrə Ağamirova fərdi yarışlarda halqa ilə çıxışda final mərhələsində yarışacaq.

İdman.biz

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla