AZ

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb (FOTO)

Bakı. Trend:

Aprelin 19-u ADA Universitetində təşkil edilən “Xəzər HövzəsiAraşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.

Trend xəbər verir ki, Xorvatiya, Macarıstan, Moldova, Misir,Nepal, İordaniya, Küveyt, Türkiyə, Braziliya və digər ölkələritəmsil edən iştirakçılar yekun mərasim zamanı AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çıxışınıdinləyiblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev Qarabağın işğaldan azadedilməsi fonunda Azərbaycanın yürütdüyü xarici siyasət kursundan vəgeosiyasi kimliyindən, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyatyollarının kəsişməsində yerləşən ölkəmizin iqtisadimünasibətlərindən bəhs edib. Çıxış zamanı COP29-a toxunan HikmətHacıyev Azərbaycanın bu nüfuzlu tədbirə ev sahibliyi etməsinidiplomatik və siyasi cəsarətimizin təcəssümü və yaşıl enerjiyətransformsiya kimi qiymətləndirib, sonda iştirakçıların müxtəlifmövzulardakı suallarını cavablandırıb.

Mərasimdə çıxış edən ADA Universitetinin Rektoru, səfir HafizPaşayev “Xəzər Hövzəsi Araşdırmaları” proqramının yalnız ADAUniversitetini deyil, eyni zamanda Azərbaycanı dünyaya tanıdan birplatforma olduğunu bildirib. İştirakçıları ölkəmiz barədə öyrəndiyibilikləri öz həmkarları ilə də bölüşməyə səsləyən Rektor Paşayevproqramda təmsil edilən ölkələrlə ADA Universitetinin əlaqələriningenişlənəcəyinə əminliyini ifadə edib.

Sonda çıxışçılar 18 ölkəni təmsil edən iştirakçılarasertifikatlarını təqdim ediblər, onlarla xatirə fotosuçəkdiriblər.

Qeyd edək ki, iştirakçılar proqram çərçivəsində aprelin 18-iAğdama səfər edərək Cümə Məscidini, Konqres Mərkəzini, ŞəhidlərXiyabanını və digər yerləri zayarət ediblər, buradakı bərpa vəquruculuq işləri ilə tanış olublar.

Əlavə edək ki, ADA Universitetinin professor-müəllim heyətinin,müxtəlif dövlət qurumlarının və beyin mərkəzlərininyüksəksəlahiyyətli nümayəndələri birhəftəlik proqram çərçivəsindəiştirakçılar qarşısında mühazirələrlə çıxış ediblər. Həminmühazirələr regionun geosiyasi, mədəni və iqtisadi quruluşu,həmçinin bərpaolunan enerji üzrə inkişaf strategiyası kimi bir çoxaktual mövzuları əhatə edib.

ADA
ADA
ADA
ADA
ADA
Seçilən
87
8
Mənbələr
Şərh ()
Bağla