AZ

İstanbulda torpaq sürüşməsi baş verib

İstanbulda

İstanbul, 19 aprel, Günel Karatepe, AZƏRTAC

İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən bir gecəqondu məhəlləsində torpaq sürüşməsi baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Məlumata əsasən, hadisə zamanı 14 tikiliyə ciddi zərər dəyib, onlardan üçü tamamilə dağılıb.

Qabaqlayıcı tədbirlər çərçivəsində bölgədən 70 nəfər təxliyə edilib. Xəsarət alan yoxdur.

 

Seçilən
129
7
Mənbələr
Şərh ()
Bağla