AZ

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib.



Sfera.az xəbər verir ki, müvafiq məlumatı Yonhap agentliyi KXDR Mərkəzi Televiziyasının kadrlarına istinadən yayıb.



Aprelin 16-da KXDR lideri Pxenyanın Xvason rayonunda mənzil tikintisinin başa çatdırılması mərasimində iştirak edib. Lider oraya “Aurus” markalı avtomobillə gəlib.



Xatırladaq ki, Putin fevralın 18-də siyasətçiyə rus avtomobilini hədiyyə edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreyanın rəhbərinin belə bir hədiyyə alan ilk dünya lideri olduğuna aydınlıq gətirib. Onun sözlərinə görə, Kim Çen In avtomobili bəyənib. O, Şimali Koreya liderinin “Vostochnıy” kosmodromunda olarkən Rusiya istehsalı olan avtomobili yüksək qiymətləndirdiyinə aydınlıq gətirib.



İnci
sfera.az

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla