AZ

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO

Baku TV-də yayımlanan “Damdakılar” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd, tamah məqsədilə adam öldürməyə cəhd, dələduzluq, külli miqdarda ziyan vurma, əmlakı qəsdən məhv etmə, qanunsuz olaraq odlu silah əldə etmə, başqasına satma maddələri ilə 17 il bir ay müddətinə azadlıqdan məhrum edilən Günel Süleymanova öz həyat hekayəsini danışıb.

 

35 yaşlı məhbus deyir ki, əslində, atasının cinayətlərini üzərinə götürüb:

 

“Mən həbs olunanda övladım bir yaş yeddi aylıq idi. Həmin vaxt həyat yoldaşıma da əsəbi idim. Atam isə qara dünyanın adamı olub. O, “bəlkə, cinayəti sən üstünə götürəsən, səni xilas edərəm” dedi, mən də cavab vermədən gedib hər şeyi öz üstümə götürdüm. Bakıdan Naxçıvana təyyarə ilə həbsxanaya gətiriləndə qandalı açıb polisə verdim ki, mən istədiyim zaman bunu aça bilərəm”.

 

G.Süleymanova qeyd edib ki, atası da onunla birlikdə həbs olunub:


“Atama ilk olaraq 10 il həbs cəzası verilmişdi. Məhkəmələrdə hər şeyi öz üstümə götürəndən sonra həbs müddəti azaldıldı. Daha sonra xəstəliyinə görə azadlığa buraxıldı. Gəlib mənlə görüşdü, halallıq istədi, üç gün sonra da vəfat etdi”.

 

Həbsxanadakı ən çarəsiz anından danışan Günelin sözlərinə görə, ilk gecə onun üçün o qədər ağır keçib ki, heç yata bilməyib.

 

Tarix: 19 Aprel 2024, 22:19   
Seçilən
125
50
Mənbələr
Şərh ()
Bağla