AZ

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub".

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişində deyib. 56 yaşlı sənətçi səhnədən danışıb.

"Bu gün tələbatlı olum, mən səhnədə ölmək istəyirəm", - deyənlər kimi düşünmürəm. Səhnədə də ölmək istəmirəm. Bu mövzunun ətrafında düşünüb, daşınmamışam. Axarına buraxmışam. Şansa inanan insanlardanam. O şans mənə verilib və mən ondan yapışmağı bacarmışam", - deyə Xanbabayeva əlavə edib.


BiG.Az
Seçilən
117
6
Mənbələr
Şərh ()
Bağla