AZ

Karlo Ançellotini ağladan səbəb

İtaliyalı çalışdırıcı Karlo Ançelotti komandasından ayrılan futbolçu üçün ağlayıb.

Məlumata görə, “Real Madrid” klubunun təcrübəli mütəxəssisi Kazemironun komandadan ayrılmasının ardından məşqçi gözyaşlarını tuta bilməyib.

Bu barədə “Marka” nəşrinə müsahibəsində braziliyalı futbolçu Kazemironun özü danışıb.

“Klubdan ayrılarkən Ançelottinin otağına daxil oldum və onun ağladığını gördüm. Mən də özümü saxlaya bilmədim, amma artıq hər şey üçün gec idi. Karlo Ançelotti kənardan sərt biri kimi görünsə də, tez-tez ağlayır”.

Qeyd edək ki, Kazemiro 2013-2022-ci illərdə “Real Madrid”in formasını geyinib, 2023-cü ildən etibarən isə “Mançester Yunayted” klubunda çıxış edir.

Mənbə: Marca.com

Seçilən
86
1
Mənbələr
Şərh ()
Bağla