AZ

“Bütün matçlar bizim üçün finala bərabərdi”

Misli pemyer-liqasının 12-ci turunda - “Turan Tovuz”la oyunda ağır zədə alan “Səbail”in hücumçusu Ağabala Ramazanov hələ də yaşıl meydana çıxa bilmir.

6 aydı bərpa prosesi keçən “10 nömrə” bir müddət əvvəl məşqlərə başladığını açıqlamışdı. Buna baxmayaraq, kapitanı hələ də iştirak ərizəsində görə bilmirik. Bəs mövsümün sonuna qədər Ramazanov “Səbail”ə kömək edə biləcəkmi? Futbolçu sualımızın cavabında bildirdi ki, müntəzəm məşqlərə davam edərək formaya düşməyə çalışır, meydana çıxmaq istəyir:
“Bir müddətdi məşqlərə başlamışam. Hər şey plan üzrə gedir. Məşqləri xüsusi qoruyucu ilə keçirəm. Yavaş-yavaş əvvəlki formamı bərpa etməyə çalışıram. Zamanla hər şeyin yoluna düşəcəyinə inanıram. Oyunlara çıxıb-çıxmayacağıma gəlincə, buna yalnız baş məşqçi qərar verir. Mən öz növbəmdə var qüvvəmlə hazırlaşıram. Əsas istəyim tezliklə tam hazır olmaqdı”.


Ramazanov “Səbail”in turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmasına belə münasibət bildirdi:
“Son oyunda xal itirdik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. İlk hissədə 0:2 geri düşməyimizə baxmayaraq, fasilədən sonra geridönüş etməyi bacardıq. Təəssüf ki, son dəqiqə qapımıza vurulan qolla qələbəni əldən verdik. Hər şeyin bununla həll olunduğunu düşünmürəm. Avrokuboklara vəsiqə şansımız qalır. Hələ qarşıda 6 tur var. Bütün matçlar bizim üçün finala bərabərdi”.


RÖYANƏ OĞUZ
Seçilən
124
Mənbələr
Şərh ()
Bağla