AZ

“Bu qərar hamımız üçün müəmmalıdır, onu təhqir etməyib”

Bugünlərdə AFFA İntizam Komitəsinin iclası keçirilib.

Premyer Liqada 30-cu turun “Səbail” – “Kəpəz” oyununun (3:3) 90+3-cü dəqiqəsində ev sahiblərinin bosniyalı legioneri Adi Mehremiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb.

“Səbail” 3000 manat cərimə edilib.

“Dənizçilər”in kapitanı Adil Nağıyev Adi Mehremiçin qırmızı vərəqə alaraq meydandan qovulmasına münasibət bildirib. Müdafiəçi Sportinfo.az-a açıqlamasında deyib:

“Hakimin Adiyə göstərdiyi “qırmızı” hamımız üçün müəmmalıdır. Çünki həmin epizodda Mehremiç onu təhqir etməmişdi.

Düzdür, çox vacib 2 xal itirdik, amma mübarizə davam edir. Son tura kimi çalışacağıq ki, yüksək yerlərdən birini tutaq”.

Seçilən
137
Mənbələr
Şərh ()
Bağla