AZ

Ailələrdə qətl törədənlər davranış pozuntusu olanlardır - Psixoloq

Bakı sakini Əhməd Əhmədovun ailə üzvlərini qətlə yetirməsindən sonra bu gün Sumqayıtda Məmmədovlar ailəsində də oxşar hadisə baş verdi. Ailənin oğlu Fikrət Məmmədov atası Hakim və anası Zərifə Məmmədovaları amansızlıqla qətlə yetirib.

Bəs övladların valideyn qatili olmasına səbəb nədir?




Bakupost.az -ın sualını psixoloq Zeynəb Əyyubova cavablandırıb:

“Ümumiyyətlə, qədimdən belə bir deyim var ki, “uşaq beşində nədirsə, əllisində də odur”. Təəssüf hissi ilə deyirəm ki, bu gün Azərbaycan ailələri oğlan uşaqları böyüdərkən ilk 10,12, 14 və hətta bəzi ailələrdə 18 yaşlarında yalnız o uşağın sözü dinlənilir. Yəni oğlandırsa, ona hər şey olar, o hər şey edə bilər”.

Psixoloqun sözlərinə görə bəzən valideynlər özləri oğlan uşağını bu cür böyüdürlər:

“Oğlan uşağı ailə daxilində bacıya qışqırır, amma ata-ana ona bir söz demir. Halbuki ata və ananın öz avtoritarlığı olmalı, bacı və qardaş isə yalnız bir-biri ilə dost münasibəti qurmalıdır. Oğlan uşağı qız uşağının atası deyil”.
Psixoloqun bildirib ki, ailələrdə qətl törədən gənclərin uşaqlıqdan psixi pozğunluğu var:

“Bu gün valideynlərini qətlə yetirən oğlanların çoxu uşaq vaxtından davranış pozuntusu olanlardır. Həmin gənclərin uşaq vaxtını araşdırsanız tanıyanlar deyəcək ki, onun əvvəldən davranış pozuntusu var idi. Ona görə də valideynləri maarifləndirmək lazımdır ki, uşaqları düzgün şəkildə tərbiyə etsinlər".
Vasif Əlihüseyn
BakuPost
Seçilən
93
Mənbələr
Şərh ()
Bağla