“Üstünlük odur ki, tovuzlu azarkeşlər stadionu doldurur və bu, bizə əlavə motivasiya verir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Xəyal Nəcəfov deyib.
Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn qərb təmsilçisi indi başqa iddiadadır. 42 xalla turnir cədvəlinin 6-ci pilləsində qərarlaşan kollektiv avrokuboklara vəsiqə şansı əldə edib.
Qarşıdakı 3 turda əsas rəqiblərdən “Sumqayıt”la “Zirə”ni Tovuzda qəbul edib, “Neftçi” ilə səfərdə üz-üzə gələcəklər.
Doğma meydan amilini “Turan Tovuz” üçün üstünlük hesab etmək olar, yoxsa belə hallar əlavə təzyiq yaradır?
Nəcəfovu dinləyək:
“Qəbələ”ylə səfərdə oynamağımıza baxmayaraq, stadionda bizim azarkeşlərin sayı qəbələli tərəfdarlardan çox idi.
Tovuzda oynamaq bizim üçün xoş və rahatdır. Əsas azarkeşlərin bizə olan sevgisinin qarşılığını verməkdir”.