AZ

Vanadzorda erməni hərbçinin meyiti tapıldı

Vanadzorda erməni hərbçinin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, o, evində ölü halda tapılıb.

Sözügedən evin hamamında polis və patrul xidmətinin əməkdaşları 31 yaşlı Aramais Z-nin meyitini aşkar ediblər.

İlkin qənaətə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Ölümə dəm qazının səbəb olduğu bildirilir.

Qeyd olunur ki, mərhum ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bölük komandirinin müavini vəzifəsində xidmət edib.

Hadisə ilə bağlı Lori rayonunun İstintaq şöbəsi cinayət işi açıb.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla