AZ

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMAVİDEO

Alışı ucuz, satışı od bahasına...Satışla alış arasındakı fərq isə dodaq ucuqladır..

Xezerxeber.az xəbər verir ki, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir.

Satıcılar qızılldan fərqli olaraq briliantın  alışı ilə satışı arasında fərqin  olduqca böyük olduğunu deyirlər.  Bildirirlər ki, brilyant dəstlərin qiyməti 1200 manatdan başlayır və 20 min manatadək yüksəlir. Tək qaş brilyantların qiyməti karatı və ölçüsü müəyyənləşir.

O, ki qaldı alışına...

Fantastik fərqi satıcılar müxtəlif cür izah edərək deyir ki, qramı ölçülərkən brilyant qaşlar qızıldan ayrılır və onlara çox cüzi qiymət təyin edilir. Ona görə ki, hər üzük üçün xarakterik hazırlanan brilliant qaşların təkrar emalı müşkülə çevrilir.

Zinnət əşyalarının dəstinin qiyməti istehsalçı firmaya və ölkəyə görə dəyişir. Bu da alış  qiymətinə təsir elementlərindən hesab edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
103
7
Mənbələr
Şərh ()
Bağla