AZ

Aktotı Raimkulova “Dank” ordeni ilə təltif olundu

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Prezidenti tərəfindən “Dank” ordeni ilə təltif olunub

Teleqraf.com xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Sadır Japarovun “Qırğız Respublikasının dövlət mükafatları ilə təltif olunma haqqında” Fərmanı ilə Türk xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində mühüm töhfələrinə görə Dank” ordeni ilə təltif olunub.

Mükafatlandırma mərasimi Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Sadır Japarovun 18-19 aprel 2024-cü il tarixlərində Qazaxıstan Respublikasına səfəri çərçivəsində Astanada baş tutub.
Mərasimdə “Dank” ordeni Aktotı RaimkulovayaQırğızıstan Respublikasının Dövlət katibi Suyunbek Kasmambetov tərəfindən təqdim olunub.


Müəllif: Teleqraf.com
Seçilən
25
4
Mənbələr
Şərh ()
Bağla