AZ

Qazaxıstanda elektron siqaretə qadağa qoyulub

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericiliyə elektron siqaretlərin idxalı, istehsalı və satışının qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.Bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
 
Ölkə rəhbərinin imzaladığı qanun elektron siqaretlərin və onunla bağlı məhsulların reklamına da qadağa qoyur.

Düzəlişlər həmçinin bu qadağaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir.

Müvafiq düzəlişlər sənədin rəsmi dərcindən 60 gün sonra qüvvəyə minir.

www.anews.az
Seçilən
97
6
Mənbələr
Şərh ()
Bağla