AZ

Mərkəzi Gömrük Hospitalında ABBOT şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib (FOTO)

Bakı. Trend:

19 aprel 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında ABBOTşirkətinin xaricdə və ölkəmizdə fəaliyyət göstərən nümayəndələriilə HPV skrininqi mövzusunda zoom üzərindən onlayn görüşükeçirilib.

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov,Laboratoriya şöbəsinin rəisi, həkim-laborant Səbinə İbrahimova,Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-TəcrübiTədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Marketinq vəPlanlama şöbəsinin PR mütəxəssisi Dilarə Zamanova iştirakediblər.

Görüşdə ABBOT şirkətinin nümayəndəsi Anna Mozkoniak insanpapılıma virus infeksiyası (HPV) ilə bağlı layihə barəsində ətraflıməlumat verib. O, qeyd edib ki, dünyada ən çox yayılmışinfeksiyalardan biri olan HPV yüksək yoluxuculuq və onkogenpotensialına malikdir. Anna Mozkoniak insan papiloma virusinfeksiyası ilə bağlı tədqiqatların keçirilməsinin əsas məqsədininAzərbaycanda Abbott m2000 RealTime avadanlığın tətbiqi və müasirədəbiyyatda təqdim olunan məlumatların təhlil edilməsi olduğunubildirib.

Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov qeyd edibki, Azərbaycanda HPV-nin diaqnostikası üçün standart test vəreagentlər ilə təchizi, eləcə də Real-Time PZR üçün xaricikeyfiyyət nəzarət sxeminin təsis edilməsi prosedurunun aparılmasıçox əhəmiyyətlidir. Belə ki, gələcəkdə Mərkəzi Gömrük Hospitalındatədqiqatın aparılması üçün layihəyə 2000 qadının cəlb olunmasınəzərdə tutulub.

Həmçinin, Françesko Marikukko qeyd edib ki, tədqiqatlar üçünservikal kanalından və uşaqlıq boynunun epitelindən nümunələringötürülməsi nəzərdə tutulub. Toplanan nümunələrə əsasən 12 yüksəkonkogen tipdə insan papilloma virusunun olması və ya yoxluğumolekulyar-genetik üsulu ilə müəyyən ediləcək, tədqiqata daxil olanpasiyentlərin virus yükü qiymətləndiriləcək, eləcədə də alınanlaborator statistik məlumatlar nəticəsində yüksək riskli HPVnövlərinin yaşa, regiona və cinsə görə təhlili aparılacaq.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla