AZ

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib.

BiG.AZ xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib.

Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davamlı inkişafını vurğulayaraq, bu münasibətlərin inkişafında Ermənistan hökuməti ilə KfW arasında əməkdaşlığın oynadığı mühüm rolu qeyd edib.

KfW İnkişaf Bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Enerji və Təbii Ehtiyatlar Departamentinin rəhbəri Tomas Eyzenbax KfW-nin yeni layihələrin həyata keçirilməsində Ermənistan hökumətinə yardım etməyə hazır olduğunu vurğulayıb. O, birgə proqramların sektorun davamlı inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

İştirakçılar davam edən layihələrin gedişi və yeni proqramların potensial icrası ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.


BiG.Az
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla