AZ

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Aprel ayının 19-da “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimaiBirliyinin ümümrespublika üzrə hesabat tədbiri keçirilib. YAP-ınNizami Rayon Təşkilatının binasında keçirilən tədbir zamanıtoplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevinbüstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsiniehtiramla yad etdilər.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayantədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazibütövlüyü və suverenliyi uğrunda müharibədə həlak olmuşşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hesabat məruzəsi ilə çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti”İctimai Birliyi İdarə Heyətinin sədri Tahir Xudiyev 2008-ci ildəntəsis olunan birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədəətraflı məlumat verdi. O, əhalinin həssas təbəqəsinin sosialmüdafiəsi, tibbi, psixoloji problemlərinin həlli və hüquqlarınınmüdafiəsi istiqamətində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in 16ildə gördüyü işlərin dövlətimizin və möhtərəm Prezidentimizinsosial sahədə gördüyü işlərə ictimai dəstək olduğunu vurğuladı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatınınsədri Ramil Vəlibəyov, Dövlət Gömrük Komitəsi Gömrük Siyasəti Başİdarəsinin Metodologiya idarəsinin rəisi Rövşən Namazov,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsininBakı şəhəri Qaradağ rayonu üzrə sektorunun müdiri CəsarətQəhrəmanov, Bakı Dövlət Universitetinin professoru AllahverdiMəmmədli, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarəHeyətinin üzvləri Hüseynağa Əlixanov, Həsənağa Bayramov vəbaşqaları təşkilatın fəaliyyətini yüksək dəyərləndirdilər vəhesabatı qənaətbəxş saydılar.

Tədbirdə Maliyyə Nazirliyi, Gömrük Komitəsi, ƏdliyyəNazirliyinin Penitensiar Xidməti, ƏƏSMN, Elm və Təhsil Nazirliyi,Ombudsman Aparatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsi, Ağdam, Quba, Xaçmaz Rayonları İcra Hakimiyyətləri,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ekologiya v TəbiiSərvətlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, NizamiRayon Prokurorluğu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Komitəsi, TƏBİB-in məsul əməkdaşları, şəhid ailələri,qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Tədbirdə təşkilatın fəaliyyətinə dair video-çarx nümayişetdirildi, məhdudiyyəti olan insanların hüquqları ilə bağlı suallarcavablandırıldı.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
“Beynəlxalq
Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla