AZ

Bərə limana çırpıldı: 29 yaralı var

İtaliyada G7 xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edən Kapri adasından insanları daşıyan bərənin Neapoldakı limanla toqquşması nəticəsində ən azı 29 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, yerli səhiyyə rəsmiləri yaralı sərnişinlərin bölgə xəstəxanalarına aparıldığını bildiriblər. Yaralıların əksəriyyətinin yüngül xəsarət alsa da, bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alanların kimliyi və ya onların bu gün başa çatan G7 iclasında iştirak edənlər arasında olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Yerli KİV-in məlumatına görə, toqquşma güclü külək nəticəsində pozulan yanalma işləri zamanı baş verib.

Günel Məlikzadə

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla