AZ

“Qısası, nə ortada pul var, nə də torpaq bunların adınadı” – “Füzuli”nin prezidentindən növbəti şikayət

Bir müddət əvvəl Qasım Kazımov ad-soyadlı vətəndaşın “Füzuli”nin prezidenti Rauf Quliyevlə bağlı redaksiyamıza şikayət məktubu ünvanladığını xəbər vermişdik.

“Football-plus.az” xəbər verir ki, bu gün klub prezidenti ilə bağlı növbəti şikayətçi də bizə müraciət etdi, danışmaq istədiyini bildirdi. Vüsal Mustafayev Rauf Quliyevin rəhbəri olduğu “TTQ MMC” tikinti şirkətinin onun pulunu alaraq, heç bir iş görməməsindən şikayətlənir: “Ev tikmək adıyla məndən 18 min manat aldılar, vaxt da vermişdilər ki, 3 ay müddətində evim hazır olacaq. Hazırda nə ev var, nə tikinti gedir, nə də pulumuzu qaytarırlar. Mən pulumu geri almaq istəyirəm. Bu barədə polisə də müracitə etmişik, amma ordan da bir məlumat yoxdu. Sadəcə, pulumu istəyirəm. Təkcə mən deyiləm, bildiyimə görə, daha bir neçə şəxsin başına belə iş gətirib. Yanvarın 23-də “TTQ Qrup MMC” ilə müqavilə bağlamışıq. Elə müqavilə bağlayandan sonra “Access Bank”ın Badamdar filialına gedərək, Raufun hesabına 18 min manatı köçürmüşəm. Razılaşmada belə idi ki, aprelin 23-nə kimi, yəni 90 gün müddətində tikinti bitəcək və ev təhvil veriləcək. Demək olar ki, verilən vədə tamamlanmaq üzrədi, amma bunların heç nə etmək fikri yoxdu”. Hazırda taksi fəaliyyətiylə məşğul olduğunu bildirən şikayətçi bu məsələylə bağlı polisə də müraciət etdiyini dedi:
“Yalnız polisə şikayət ünvanladıqdan sonra ertəsi gün bir maşın kubik və bir müddət sonra da taxta töküblər ki, guya burda iş gedir. Niyyətləri isə məni aldatmaq olub. Video da göndəriblər ki, “bax, sənin işin davam edir”. Mən də cavabımda belə şeylərə aldanmayacağımı, ya evi tikib təhvil vermələrini, ya torpağı mənim adıma keçirmələrini, ya da pulumu geri qaytarmalarını bildirdim. Qısası, nə ortada pul var, nə də torpaq bunların adınadı. Heç həmin adamın da pulunu verməyiblər. Mən taksi sürücüsüyəm. Rayondakı torpağımı satıb, üütünü borc-xərclə düzəltmişdim ki, qoy uşaqlarımın gələcəkdə evi olsun. Lakin bunlar mənə qarşı belə hərəkət etdi”.


KAMAL SƏFƏR
Seçilən
95
Mənbələr
Şərh ()
Bağla