AZ

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Mart ayında Çinə xarici investisiyalar daha da azalıb. 

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu tendensiya ardıcıl üçüncü aydır davam edir.

Ötən ay əcnəbilərin Çin qiymətli kağızlarına yeni investisiyalarının həcmi 87 milyard yuan və ya təxminən 12 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38% azdır.

Ümumilikdə, xaricilər birinci rübdə Çinə 301 milyard yuan (41,6 milyard dollar) sərmayə qoyublar ki, bu da ötən illə müqayisədə 26% azdır.

Çin Xalq Respublikasının Ticarət Nazirliyi bu azalmanı 2023-cü ildə yüksək baza ilə izah edir.

Pekin xarici investorların ölkədən qaçmasını dayandırmağa çalışır. Martın sonunda Çin Nazirlər Kabineti xaricdən investisiyaların azalması ilə mübarizə üçün yeni addımlar atdığını açıqladı. Bunlara bazara çıxışın genişləndirilməsi və bəzi qaydaların yumşaldılması daxildir.

Paşa Məmmədli

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla