AZ

ABŞ Konqresində Ukraynaya yardım paketi ilkin səsvermədən keçib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya növbəti yardım paketi prosedur xarakterli səsvermədən keçib.

APA-nın “The New York Times”a istinadən xəbərinə görə, sənədin lehinə 316, əleyhinə isə 94 konqresmen səs verib.

Qurum həmçinin İsrailə yardım paketini də prosedur səsverməsinə çıxarıb. Bu layihə də dəstək qazana bilib. Rusiya, İran və Çin təhlükəsinə qarşı mübarizəyə istiqamətlənən sənəd Konqresin aprelin 20-də keçirilən iclasında geniş müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Ukrayna və onun müttəfiqlərinə yardımın ümumi məbləği 61 milyard dollar təşkil edir.

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla